TESS - İDEAL ÇAY AHƏNGİ
KOMPOZISIYA
SəNəTI
TESS sizin üçün klassik qara və yaşıl çay növlərinin möhtəşəm dadlarını və çay yarpaqlarının meyvə, giləmeyvə, çiçək ləçəkləri və ətirli bitkilərlə uzlaşdığı nəfis kompozisiyaları kəşf edir.
TESS - çoxəsrlik çay ənənələrinin, yenilikçi stilistikanın və çay kompozisiyalarının tərtib edilməsində ilhamlı improvizasiyanın ahənginin parlaq nümunəsidir. Hər bir növ - çayın sonsuz müxtəlifliyinə heyran olmağa məcbur edən gündəlik kiçik kəşflərdir.
ÇEMPİONLARIN USTALIĞI
TESS - dünya çay mədəniyyətinin zəngin irsini qoruyub saxlamaqla irəliləmək, inkişaf etdirmək və inkişaf etmək arzusu ilə birləşmiş həmfikirlər komandasıdır. Bizim titesterlər - çay dequstasiyası üzrə ən iri beynəlxalq çempionatların qalibləridir.
Hər bir TESS kupajının öz ruhu və öz yaranma tarixi var: cəlbedici ideyanın yaranmasından tutmuş inqrediyentlərin ehtiyatla seçilməsi və qüsursuz ahənglərin axtarışına qədər. TESS bizim üçün sadəcə çay deyil: bu, bizim xoşbəxt anlarımızın kolleksiyasıdır və biz onu sizinlə paylaşmaq istəyirik.

KEYFİYYƏTİN
ÜSTÜNLÜYÜ
Bütün TESS kupajlarının əsası - Seylon, Hindistan, Çin və Keniyanın məşhur çay plantasiyalarında qayğı ilə yetişdirilən seçmə çay yarpaqlarıdır. Kupajlarımızın digər inqrediyentləri də ən müfəssəl seçimdən və ciddi keyfiyyət yoxlamasından keçir.
Biz təəccübləndirən, heyrətləndirən və məmnun edən təkrarsız kompozisiyaları yaratmağa çalışırıq. TESS-in ideal çay buketi belə yaranır.